ƏN SON XƏBƏR

Upper Head Image

Qalmaz yeraltı qaz anbarında yeni kompressor stansiyası istismara verildi

• İstismara verilən yeni kompressor stansiyası Qalmaz yeraltı qaz anbarının sutkalıq məhsuldarlığını 30%, yaxud 13 milyon m3-dək artırır

• Qalmaz Yeraltı Qaz Anbarının həcmi 1,5 milyard m3-ə çatdırılır

• Əlavə qaz həcmləri hesabına qış aylarında abonentlərə tələbata uyğun daha böyük həcmdə təbii qaz çatdırılacaq
Mayın 14-də SOCAR-ın prezidenti Rövnəq Abdullayevin iştirakı ilə Qalmaz yeraltı qaz anbarının qaz həcminin 1 milyard m3-dən 1,5 milyard m3-ə çatdırılması məqsədi ilə inşa edilmiş 3 saylı yeni kompressor stansiyasının istismara verilməsi mərasimi keçirilmişdir. Gündəlik məhsuldarlığı 3 milyon m3 həcmində olan yeni kompressor stansiyası Qalmaz yeraltı qaz anbarının sutkalıq məhsuldarlığını 30% artıraraq, 10 milyon m3-dən 13 milyon m3-ə çatdıracaq.

Anbara əlavə qaz həcmlərinin vurulması təbii qaza olan tələbatın kəskin artdığı qış aylarında tədarük edilmiş qaz həcmlərinin daha böyük həcmdə çıxarılması və istehlakçılara çatdırılması üçün şərait yaradır.

ətraflı oxu TAM XƏBƏR
NewspaperXəbərlər arxivi

SOCAR rəhbərliyi və şirkətin coxminli kollektivinin təmsilçiləri Ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir

Mayın 10-da SOCAR-ın rəhbərliyi və şirkətin çoxminli kollektivinin təmsilçiləri xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar Ulu öndərin Fəxri xiyabandakı məzarını ziyarət etmişlər.
Şirkət nümayəndələri suveren Azərbaycan dövlətinin qurucusu və memarı, müstəqilliyimizin əbədiliyinin qarantına çevrilmiş, iqtisadiyyatımızın inkişafında, milli dövlətçiliyimizin möhkəmlənməsində müstəsna rol oynamış enerji strategiyasının banisi Ulu öndər Heydər Əliyevin unudulmaz xatirəsinə Azərbaycan neftçilərinin bəslədiyi dərin hörmət və ehtiramın ifadəsi olaraq ümumilli liderin məzarı üzərinə tər çiçəklər düzmüş, onun ruhu qarşısında baş əymişlər.

TAM XƏBƏR ətraflı oxu

Neftçi müharibə veteranları  faşizm üzərində qələbənin 74-cü ildönümü münasibətilə SOCAR-ın “Fəxri neftçi” döş nişanları ilə təltif ediliblər

İkinci Dünya Müharibəsində qazanılmış tarixi qələbədə Azərbaycan nefti və neftçiləri həlledici rol oynayıb. Müharibə illərində Sovet İttifaqında hasil olunan neftin dörddə üç hissəsi, emal olunan aviasiya benzini və yüksəkkeyfiyyətli yağların isə 85-90%-i Azərbaycanın payına düşüb.
1941-ci ildə Azərbaycan tarixində rekord səviyyədə - 23,5 milyon ton neft istehsal olunub və bu, SSRİ üzrə neft hasilatının  71,4%-ni təşkil edib. Ümumilikdə, müharibə illərində Azərbaycan neftçiləri ölkəyə 75 milyon ton neft, 22 milyon ton benzin və digər neft məhsulları veriblər.

Ulu Öndər Heydər Əliyev müharibə veteranlarını “Xalqımızın qızıl fondu” adlandırırdı.  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müharibə veteranlarının sosial problemlərinin həlli istiqamətində daim mühüm addımlar atır, hər il 9 May - Qələbə bayramı ərəfəsində onlara dövlətimiz tərəfindən birdəfəlik maddi yardımlar göstərilir. Müharibə veteranlarına qayğı, onlara maddi və mənəvi dəstək göstərilməsi SOCAR-da da diqqət mərkəzindədir.

TAM XƏBƏR ətraflı oxu

SOCAR-ın Elm Fondu qrant müsabiqəsi keçirəcək

SOCAR-ın Elm Fondu dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən fundamental və innovasiya yönümlü elmi tədqiqat layihələrini və digər elmi tədbirləri hər zaman dəstəkləyib.
Fond tərəfindən AMEA-da neft, qaz və kimya sənayəsi ilə bağlı aktual problemlərin tədqiqi ilə məşğul olan alimlərin fəaliyyətini stimullaşdırmaq, eləcə də onlara əlavə yaradıcılıq imkanları yaratmaq məqsədilə 2019-cu il üçün müsabiqə elan olunub.

Müsabiqə şərtləri ilə bu keçiddə tanış ola bilərsiniz..

TAM XƏBƏR ətraflı oxu

Azərbaycan Dövlət Neft Şirkətinə baxış

SOCAR-ı kəşf et

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) Azərbaycan ərazisindəki neft və qaz yataqlarının axtarışı, kəşfiyyatı və işlənməsi, neftin, qazın və qaz kondensatının hasilatı…

ətraflı oxu

Beynəlxalq reytinq

Beynəlxalq aləmdə investorlar və kredit təşkilatları hər hansı bir şirkətlə əməkdaşlıq etmək istədikdə ilk öncə sözü gedən şirkətin beynəlxalq reytinqini nəzərdən keçirirlər

ətraflı oxu