ŞİRKƏT

SOCAR Apellyasiya Şurası

SOCAR Apellyasiya Şurası
Prev Next

SOCAR Apellyasiya Şurası

SOCAR-ın Apellyasiya Şurası

Env Txt Img

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Apellyasiya Şurası ictimai əsaslarla fəaliyyət göstərən kollegial orqandır. Şura sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərin SOCAR-ın vəzifəli şəxslərinin qərar və davranışları ilə bağlı şikayətlərinə baxır. Apellyasiya Şurası öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiya və qanunlarını, Azərbaycan Respublikası Prezidentinin aktlarını, Azərbaycan Respublikası Prezidentinin 6 may 2019-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş “Dövlətə məxsus olan hüquqi şəxsin Apellyasiya Şurası haqqında Nümunəvi Əsasnamə”ni, SOCAR-ın nizamnaməsini və digər normativ hüquqi aktları, o cümlədən SOCAR-ın 16 may 2019-cu il tarixli əmri ilə təsdiq edilmiş Əsasnaməni rəhbər tutur.

Apellyasiya Şurasının təkibi:
Şuranın sədri:

Süleyman Qasımov - SOCAR-ın İqtisadi məsələlər üzrə vitse-prezidenti

Şuranın üzvləri
Əli-Heydər Süleymanov - Baş ofisin Audit departamentinin rəisi

Mehman Əkbərov - Baş ofisin Təchizat İdarəsinin rəisi

Eldar Orucov - Baş ofisin Hüquq İdarəsinin rəisi

Ramiz Quliyev - Baş ofisin Mexanika və energetika şöbəsinin rəisi

Ruslan Əliyev - "Azəriqaz" İstehsalat Birliyinin Baş direktorunun Satış və istismar üzrə müavini

İlham Nəsirov - Sərmayələr idarəsinin rəis müavini

Şura Katibliyinin tərkibi: Katibliyin rəhbəri:
Samir Həsənov - Baş ofisin Hüquq idarəsinin rəis müavini

Katibliyin üzvləri:
Azər Qənbərov - Baş ofisin Vergilər şöbəsinin rəis müavini
Yalçın Səfərəliyev - Baş ofisin Hüquq idarəsinin böyük hüquq məsləhətçisi
Fərid Nağıyev - Baş ofisin Risklərin idarə olunması şöbəsinin aparıcı iqtisadçısı
Əlaqə nömrələri:
012-521-00-00 (daxili) 10-108/10-519


SOCAR-ın Apellyasiya Şurasının Əsasnaməsini bu keçiddən endirə bilərsiniz. .


ətraflı oxu +