ŞİRKƏT

Bakı Ali Neft Məktəbi

Bakı Ali Neft Məktəbi

Bakı Ali Neft Məktəbi

Bakı Ali Neft Məktəbi

Bakı Ali Neft Məktəbi

Bakı Ali Neft Məktəbi

Bakı Ali Neft Məktəbi

Bakı Ali Neft Məktəbi
Prev Next

Bakı Ali Neft Məktəbi

Bakı Ali Neft Məktəbi (BANM) Azərbaycanda və xarici ölkələrdə fəaliyyətini genişləndirən SOCAR-ın və ölkənin digər sənaye sahələrinin müasir tədris proqramları və təlim texnologiyaları əsasında, ingilis dilində təhsil almış yüksək ixtisaslı mühəndis kadrlarına olan ehtiyaclarını ödəmək məqsədilə təsis edilib.

Env Txt Img

Bakı Ali Neft Məktəbi Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 29 noyabr 2011-ci il tarixli Fərmanı ilə dövlət ali təhsil müəssisəsi statusunda SOCAR-ın strukturunda yaradılıb.

2012-ci ilin fevralında Bakı Ali Neft Məktəbinin Nizamnaməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyində dövlət qeydiyyatından keçib. 2012-ci ilin mayında isə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən Ali Məktəbə kadr hazırlığına xüsusi razılıq (lisenziya) verilib.

2012-ci ilin aprel ayının 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Elmar Qasımov Bakı Ali Neft Məktəbinin rektoru vəzifəsinə təyin edilib.


2017-ci il may ayının 1-də Qafqaz regionunun ən böyük kampusu olan BANM-ın yeni kampusu cənab Prezident İlham Əliyevin iştirakı ilə açılaraq istifadəyə verilib. Prezident açılış zamanı Ali Məktəbin fəaliyyətini yüksək qiymətləndirərək demişdir: “Bu gün ölkəmizin həyatında çox əlamətdar bir gündür. Bakı Ali Neft Məktəbinin şəhərciyinin açılışını qeyd edirik. Bu şəhərcik ən yüksək standartlara cavab verir. Bakı Ali Neft Məktəbi artıq 6 ildir ki, fəaliyyət göstərir. Bu fəaliyyət çox uğurludur. Bu illər ərzində Ali Məktəb Azərbaycanın təhsil məkanında artıq öz layiqli yerini tuta bilibdir. Bu gün Ali Məktəb yeni şəhərciyə, yeni binaya köçür. Burada oxumaq, biliklərə yiyələnmək üçün bütün şərait yaradılıb, ən müasir texnologiyalar tətbiq olunur. Bütün binalar çox gözəl, zövqlə tikilib, burada ən müasir laboratoriyalar fəaliyyət göstərir və bu gün mənə təqdimat da edildi. Burada təhsilin səviyyəsi ən yüksək standartlara cavab verəcək ...”

BANM-da bakalavra qəbul dörd ixtisas - “Neft-qaz mühəndisliyi”, “Kimya mühəndisliyi”, “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” və “İnformasiya təhlükəsizliyi” ixtisasları üzrə Dövlət İmtahan Mərkəzi tərəfindən aparılır. Tədris ingilis dilində və Avropa Kredit Transferi Sisteminin tələblərinə uyğun şəkildə həyata keçirilir. Bu məqsədlə Bakı Ali Neft Məktəbi ilə Böyük Britaniyanın Heriot-Vatt Universiteti arasında sıx tərəfdaşlıq münasibətləri qurulmuşdur.

BANM-da təhsil alan tələbələrə birinci il intensiv şəkildə ingilis dili və informasiya-kommunikasiya texnologiyaları tədris edilir, sonraki 4 ildə isə müvafiq ixtisaslar üzrə biliklər verilir. Tədris yerli və xarici universitetlərdən dəvət olunmuş professor və müəllim heyəti tərəfindən həyata keçirilir.

BANM-da magitsratura pilləsi üzrə “Neft-qaz mühəndisliyi”, “Kimya mühəndisliyi” və “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” və “Biznesin idarə edilməsi” (MBA) ixtisasları üzrə qəbul həyata keçirilir.

BANM-ın əsas məqsədlərindən biri tələbələrin nəzəri biliklərlə yanaşı, praktik təcrübəyə yiyələnmələrini təmin etməkdir. Bu məqsədlə BANM-ın tələbələri SOCAR Baş ofis, Türkiyənin Petkim və Star Neft Emalı Zavodu, SOCAR Polymer, SOCAR Ümid MMC, Azneft İB, Azərikimya, BP, Halliburton, Maire Tecnimont və sahənin digər aparıcı şirkətlərinin hasilat və emal müəssisələrində təcrübə keçirlər.

2018/2019-cu tədris ilində I qrup üzrə keçirilmiş test imtahanlarında 700 bal toplayan 13 tələbənin hər biri BANM-ı seçib. Ali Məktəbin “İnformasiya təhlükəsizliyi” ixtisasına minimal keçid balı (dövlət sifarişli) 685 olub. Bu göstərici ölkə üzrə rekord olduğundan “İnformasiya təhlükəsizliyi” ixtisası “İlin ixtisası” adını qazanıb. Ali Məktəbə 2018/2019-cu tədris ilində qəbul üçün ixtisaslar üzrə orta bal statistikası aşağıdakı kimidir:

Env Txt Img

2018/2019-cu tədris ilində Prezident təqaüdünə layiq görülən I qrup üzrə 26 təqaüdçüsünün hamısı BANM-ın tələbəsidir. Ali Məktəbin illər üzrə Prezident təqaüdçülərinin statistikası aşağıdakı kimidir:

Env Txt Img


BANM Azərbaycanda fəaliyyət göstərən ali təhsil müəssisələri içərisində ISO 9001 (Keyfiyyət idarəetmə sistemi), ISO 14001 (Ekologiya idarəetmə sistemləri), OHSAS 18001 (Əməyin mühafizəsi və təhlükəsizlik texnikası idarəetmə sistemləri) və ISO 10002 (Müştəri məmnuniyyəti – şikayətlərin idarə edilməsi üzrə rəhbər göstərişlər) sertifikatlarını almış yeganə ali təhsil müəssisəsidir.

2017-ci ildə BANM-da ilk, 2018-ci ildə isə II məzun buraxılışı keçirilib. Məzunların hamısı işlə təmin olunub və hazırda SOCAR, Azneft İB, SOCAR Türkiyənin Petkim Petrokimya Holdinqi və Star Neft Emalı Zavodu, Azərikimya, Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu, SOCAR Ümid MMC, SOCAR Polymer, BP, Schlumberger, Halliburton, Maire Tecnimont və s. kimi iri transmilli şirkətlərdə çalışırlar. Qalan məzunlar isə doğma Azərbaycanın və eləcə də dünyanın öndə gedən universitetlərində magistratura və PhD pilləsində təhsillərini davam etdirirlər.

Bakı Ali Neft Məktəbi dünyanın bir çox nüfuzlu universitetlərilə əməkdaşlıq edir, həmin universitetlərlə tələbə və müəllim mübadilə proqramlarını həyata keçirir. Son illər ərzində Ali Məktəb Erasmus+ layihəsi çərçivəsində tələbələrini Yunanıstan, Bolqarıstan, İspaniya kimi ölkələrə təhsil almağa göndərib, həmçinin Ruminiyadan tələbələr qəbul edib.

BANM-da İngiltərənin “TwentyEighty Strategy Execution” (STRATEX) şirkəti, BP və onun tərəfdaşlarının birgə əməkdaşlığı ilə həyata keçirilən və ABŞ-ın Corc Vaşinqton Universitetinin Magistr sertifikatı ilə təmin edən 7 moduldan ibarət təlim proqramı - Layihə İdarəetmə Məktəbi fəaliyyət göstərir. Layihə İdarəetmə Məktəbi artıq 3-cü məzun buraxılışına hazırlaşır.

Bu gün BANM ölkədə peşəkar mühəndislərin hazırlanmasında SOCAR, BP, ABB, Emerson, Schneider Electric, Maire Tecnimont, Halliburton, Microsoft, Schlumberger, Statoil, Total, DAAD, Avandsis Group kimi ən qabaqcıl şirkətlərlə əməkdaşlıq edir ki, bu da BANM-ın məzunlarının gələcəkdə beynəlxalq standartlara uyğun kadrlar kimi yetişməsinə imkan yaradır.


Rektor: Qasımov Elmar Eldar oğlu

Bakı Ali Neft Məktəbinin Xətai korpusu
Ünvan:AZ1025, Bakı şəhəri, Xocalı prospekti, 30

Bakı Ali Neft Məktəbinin Kampusu
Ünvan:Bakı şəhəri, Səbail rayonu, Yeni Salyan yolu 3-cü km, “25

Telefon:(+99412) 521 33 63
Faks: (+99412) 521 33 64
Email:info@bhos.edu.az
Sayt: www.bhos.edu.az



ətraflı oxu +