
Bədəlov Bədəl
SOCAR
Sosial məsələlər üzrə vitse-prezident
Tel: (+99412) 521 0029
Faks: (+99412) 521 0353
Email: badal.badalov@socar.az
Profil+
Bədəlov Bədəl Şamil oğlu 1961-ci ildə Goranboy rayonunda anadan olmuşdur. 1987-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu bitirmişdir. Mühəndislik fəaliyyətinə “Xəzərdənizneftqaz” İstehsalat Birliyinin “Xəzərdənizneftqaztikinti” trestinin 2 saylı Tikinti-quraşdırma idarəsində başlamış, böyük iş icraçısınadək yüksəlmişdir. 1997-2003-cü illərdə “Dənizdə neft və qazçıxarma” İstehsalat Birliyinin “Xəzərdənizneftqaztikinti” Trestinin Tikinti-quraşdırma İdarəsinin və Səyyar Mexanikləşdirilmiş Dəstəsinin rəisi vəsifələrində çalışmış, 2003-cü ildə “Azərneftyanacaq” Neft Emalı Zavodunun (Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu) əsaslı tikinti üzrə direktor müavini vəzifəsinə təyin edilmişdir. 2005-2007-ci illər ərzində ARDNŞ-nin Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun direktoru, 2007-2011-ci illərdə isə Sosial İnkişaf İdarəsinin rəisi olmuşdur. 2011-ci ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə ARDNŞ-nin Sosial məsələlər üzrə vitse-prezidenti vəzifəsinə təyin edilmişdir. 2010-cu ildə “Azərbaycan Respublikasının əməkdar mühəndisi” fəxri adına layiq görülmüşdür.
Yeni Azərbaycan Partiyasının üzvüdür.