
Məmmədov Xalik
SOCAR
Kadr, Rejim və İnformasiya texnologiyaları üzrə vitse-prezident
Tel: (+99412) 5210022
Faks: (+99412) 5210126
Email: xalik@socar.az
Profil+
Məmmədov Xalik Rəfi oğlu 1958-ci ildə Astara rayonunda anadan olmuşdur. 1984-cü ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunu (Azərbaycan Dövlət Neft Akademiyası) mühəndis-elektrik ixtisası üzrə bitirmişdir. Əmək fəaliyyətinə 1976-cı ildə Yeni Bakı Neftayırma Zavodunda başlamışdır. 1985-1991-ci illər ərzində Yeni Bakı Neftayırma Zavodunun Həmkarlar İttifaqı Komitəsinin sədri, 1991-1992 illərdə Bakı şəhəri Nizami rayonu XDS İcraiyyə Komitəsinin sədr müavini, Bakı şəhəri Nizami rayonu İcra Hakimiyyəti başçısının 1-ci müavini, Yeni Bakı Neftayırma Zavodu nəzdində “Azinteroyl” Müştərək Müəssisəsinin texniki direktoru, 1992-1994-cü illər ərzində Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının Təşkilat şöbəsinin baş mütəxəssisi, 1994-2005-ci illərdə “Azərneftyanacaq” İstehsalat Birliyində (daha sonra “Azərneftyanacaq” Neft Emalı Zavodu, Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu adlandırılmışdır) kadrlar şöbəsinin rəisi, baş direktorun müavini, direktorun rejim və kadrlar üzrə müavini vəzifələrində çalışmışdır. 2005-2007-ci illərdə ARDNŞ-nin İşlər İdarəsinin rəisi olmuşdur. 2007-ci ildən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidentidir. 2008-ci ildə Prezident İlham Əliyevin Sərəncamı ilə “Əməkdar mühəndis” fəxri adına layiq görülmüşdür.
Yeni Azərbaycan Partiyasının üzvüdür.