FƏALİYYƏT
"Ramanı"
"Ramanı" sahəsi Abşeron yarımadasının mərkəzi hissəsində - Bakı şəhərindən 12 km şimal-şərqə, eyni adlı kəndin ərazisində yerləşir.

Sahə 1890-cı ildən istismar olunur. İşlənmənin əvvəlindən sahə üzrə 1710 quyu qazılmış, 6,5 milyon ton neft, 1,9 milyard m3 qaz hasil edilmişdir.
1995-ci ilin fevral ayından başlayaraq "Ramanı" sahəsi "AzGerneft" MMC tərəfindən istismar edilir.